Ukraynada 21 min "Vaqner" döyüşçüsü öldürülüb

Gündəm / Dünya

 
Ukraynada hazırda davam edən müharibə zamanı “Vaqner” özəl hərbi şirkətinin 21 min muzdlu döyüşçüsü zərərsizləşdirilib. 

Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski “El Mundo” qəzetinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri tərəfindən bu dövr ərzində daha 80 min “Vaqner” döyüşçüsü yaralanıb.