'Azəriqaz'dakı AĞALAR bunu bilmirmi? - hüquqşünas UYARDI
- 28-06-2023, 09:23
- 2 555
Bununla bağlı Azər Quliyev yazır:
" "Azəriqaz" Ağsu RQİİ direktorun satış üzrə müavini Kənan Mitəlov üçün marifləndirmə...
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən İş vaxtından artıq iş— İşəgötürənin əmri (sərəncamı, qərarı) və İŞÇİNİN razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır..."
DİA.AZ bildirir ki, eyni səbəbdən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da xəbərdarlığını edib. M.Qəhrəmanlı yazır:
"Azəriqaz Ağsu RQİİ direktorun satış üzrə müavini Kənan Mitəlov ölkənin əmək qanunvericiliyini pozaraq, Göyçay rayon XS işçilərinə mesaj göndərərək NK -nin qərarına əsasən bayram günlər hesab olunan 27,28,29 iyun tarixlərində onlardan məcburi işə çıxmağı tələb edib,Səbəb isə baş mühəndis(Taleh Həsənov),ümumi məsələlər üzrə müavin(Xəyyam Allahverdiye) və onun (Kənan Mitəlov) yerlərdə yığımla(qaz pulu) əlaqadar işçilərin yoxlanılması üçün xidmət sahələrinə getmələridir,
Bununla da cənab Ağsu RQİİ -nin satış üzrə müavini ARƏM -in 99-cu maddəsini pozduğu üçün,bu Məcəllənin 310-cu maddəsinə əsasən cəzalanmalıdır... "
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...