Nazir Şakir Quliyevə başqa əncam tapmalıdır... - Belə alınmır...
- 16-06-2023, 08:45
- 321
Ümumiyyətlə isə başqa günlərdə Şakir Quliyevin vəzifəsi rəhbərlik etdiyi idarənin nəzarətində olan ərazilərdə baş verən ekoloji terrora təmənna qarşılığında göz yummaqdan ibarətdir. Şakir Quliyev üçün həyatının ən əlamətdar günü təvəllüd günüdür. Xatırlayırsınızsa, bu ilin fevral ayında zəlzələ səbəbindən bütün Türk Dünyasının matəm içində olduğu bir vaxtda Şakir Quliyevin öz 60 illik yubileyini təntənə ilə, şadyanalıqla qeyd etdiyi bəlirləndi və o, mediada tənqid olunaraq ictimai qınağa tuş gəldi. Yuxarı rəhbərlik (ETSN) isə ona “gözün üstə qaşın var” demədi. Heç evdə ailə üzvləri də ona yaddaşlıq etmirlər ki, “kişi, getdikcə səriştəni itirirsən”.
Redaksiyamıza təqdim olunan aşağıdakı foto və video görüntülərdən məlum olur ki, Lənkəran şəhərinin mərkəzinə yaxın ərazilərdə yol kənarındakı yaşıllıqlar qırılır. Qırılan ağacların yeri isə əs asən plastik qabların və polietilen torbaların atıldığı zibilliyə çevrilib. Yalnız imkanlı şəxslərər məxsus fərdi evlərin hasarlarının kənarında əkilmiş və dəmir məftil torlarla çəpərlənmiş ağaclar ekzotik ağaclar (palma və s.) qorunub saxlanılıb. //azerinfo.media//