'Azercell'in kredit sistemi: TALANÇILIQDIR... - GİLEY

Gündəm / Şou-Biznes

" "Azercell"in kredit sistemi çox bərbaddır".

Dia.az bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra bildirir: "3 manat borcum var idi, 2 manat vururam... zəng etək üçün.

Dərhal qəpiyinə kimi cıxır borca... Adam qalır çarəsiz vəziyyətdə. 2 manat vurmuşam, heç olmasa, yarısını kreditə çıx, yarısını saxla ki adam zəng edə bilsin..."

İddia olunanlarla bağlı Xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...