RESTORANLAR NİZAMİ KÜÇƏSİNİ BELƏ ZƏBT EDİB… – Başqalarına qan qan deyən təşkilatlar bunu görməzdən gəlirlər - FOTO
- 12-06-2023, 07:21
- 1 068
Tribunainfo.az xəbər verir ki, restoran və kafelər daha çox müştəri cəlb etmək üçün yol kənarlarını, küçələri zəbt edirlər. Şəhər mərkəzində vəziyyət daha da acınacaqlıdır. Nizami küçəsində gəzinti üçün yer qalmayıb, restoranlar küçələri zəbt edib, açıq hava məkanları yaradıblar. Sakinlərin narahatlığı və şikayəti nəzərə alınmır. Nizami küçəsində gəzməyə yer qalmasa da, bu nə restoran sahiblərini, nə də icra hakimiyyətini narahat etmir.