Azərbaycanın xilası və xalqın qurtuluşu günü
- 7-06-2023, 17:10
- 296
Bu gəliş Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükənin aradan qaldırılmasının başlanğıcı oldu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il 15 iyun tarixində dahi rəhbər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri secildi. Beləliklə, 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın təkidli tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda 15 iyun tarixini Milli Qurtuluş Günü kimi rəsmiləşdirdi.
Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri sırasında bu gün milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Partiyanın zamanın tələbi, xalqın istəyi ilə yaranması o illərin reallıqlarının aydın mənzərəsini yaradır. 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti tarixə mühüm hadisə kimi yazıldı.
Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin edildi. 1993-cü ilin bu günlərinə nəzər salıb ölkəmizin, xalqımızın yaşadıqlarını ürəkağrısı ilə qeyd etsək də zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın bu günü ilə qürur duyur, belə qüdrətli, zəngin dövlətin vətəndaşı olmağımızla fəxr edirik. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi dövlətinin gələcəyini düşünüb möhkəm təməl formalaşdıran Ümummilli Lideri və bu təməl üzərində Azərbaycanı inkişaf etdirən, Zəfər tarixini yazan cənab İlham Əliyev kimi qalib Prezidenti var. Son 19 ildən artıq dövrdə cənab İlham Əliyev bu xətti uğurla davam etdirərək Azərbaycana Qələbə sevincini yaşatdı. Bu gün Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə nümunədir. Artıq üç ildir ki, tarixi günlərimizi, bayramlarımızı Zəfər ovqatında qeyd edirik. Dünyaya səs salan, 44 gündə 30 ilin işğalına son qoyan möhtəşəm Zəfərimiz ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsidir.
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru