Laçının azad olunmasının və bu görüşün tarixlərinin rəmzi mənası var - Prezident
- 28-05-2023, 13:00
- 333
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.
Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşdüyünü vurğulayan dövlətimizin başçısı bildirib: “Aprel ayında biz Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Yəni bu tarixlər arasında bağlılıq var”.