Cəlilabad və Masallı meşələri yenə nehrə kimi çalxalanır, Muxtar Babayev isə... - İTTİHAM VAR!
- 27-05-2023, 15:42
- 448
"Meşə işçilərinin bəziləri araq içərək öz aralarında danışırlar ki, nə gözəl vaxtdır, əcəb kef çəkməli əyyamdır, şikayətə baxan yox və s... Muxtar Babayev kimi belə sadəlövh nazir çətin tapmaq olar. Çünki o, bizi yola verir, hər nazımıza dözür və nöqsanımıza göz yumur.
Sabiq nazir Hüseynqulu Bağırov 5 yaş ağaca görə gözətçini işdən azad edir və üstəlik ayağına cərimə də yazırdı, Babayev isə belə deyil.
Görün nə vəziyyətdir ki, Göytəpə meşəbəyliyinin gözətçisi Natiq Salayevin gözətçisi olduğu dolayı yaxın qohumu olan Faiq kişi idarə edir və həmin dolayda olan 60 hektardan çox biçənək pulların qeyri-qanuni olaraq meşə işçiləri ilə birlikdə yığıb yeyib.
Həmçinin Göytəpə meşəbəyliyinin 13 və 16 saylı dolaylarında da
2 000 manatdan çox biçənək pulları yığılıb yayılıb.
Bu pulları 13 və 16 saylı dolayın gözətçisi Sərraf Əliyevlə Mehman Abbasov tək yeməyib.
Bizə çatan məlumata görə, Cəlilaabad meşələrinin meşəbəyisi Elman Əliyev 15 000 manatdan çox biçənək pulu qeyri-qanuni olaraq yığaraq yeyib. Elman Əliyev deyib ki, məgər mən, bu qədər pulu tək yeyə bilərəm?. Əlbəttə ki, yox. Sabah bunun üstə açılsa, mənim də istintaqda deməyə sözüm var.
Bundan əlavə Masallı meşələrinin Yeyənkənd və Qəriblər meşəbəyliyindən yığılan
20 000 manatdan çox biçənək pulu yığılaraq yeyılıb.
",- deyə mənbə qeyd edir.
Redaksiyamıza şikayət verən və özünü meşələrin danışan (canlı) ensiklopediyası adlandıran, lakin adının çəkilməsini istəməyən şəxs bizim sayt vasitəsilə bir başa Ölkə Başçısı cənab İlham Əliyevdən kömək istəyir.
Ümid edirik Baş Prokurorluq yuxarıda səsləndirilən iddiaları nəzarət götürüb qanuna müvafiq şəkildə araşdırma aparıb tədbir görüb, bizə də məlumata verəcək.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq
Nyus.Az