Müdafiə Nazirliyindən yarım milyonluq ALIŞ-VERİŞ

Gündəm / Cəmiyyət

Müdafiə Nazirliyi əşya əmlakının (geyimlərin, suvenir və hədiyyələrin) satın alınması ilə bağlı tenderin nəticələrini elan edib.

Xalqxeber.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Global Stationery Office" MMC olub.

Qalib şirkətə 409 853 manat ödəniləcək.

"Global Stationery Office" MMC 2020-ci ildən indiyədək 15 tenderi qazanıb.