“Çatan 4-5 min manat pul verib, pensiyaya çıxır” - FOTO, VİDEO
- 18-05-2023, 08:13
- 1 073
Şikayətçilər rayon xəstəxasında olan haqsızlıqlarla bağlı bir çox kanallarda müsahibələr dərc olunsa da, heç bir nəticə olmadığını bildirirlər.
“Bu xəstəxanada baş verən özbaşınalıqları saymaqla bitmir. Xəstəxananın şəraiti bərbad vəziyyətdədir. Xəstəxanada qızdırıcı sistem, kondisioner yoxdur. Bunlar bir yana, heç dərman, həkim də yoxdur.
Ağ ciyər xəstəsi 4-5 min manat pul verib, pensiyaya çıxır. Xəstəxananın baş həkimi Elnur Azadxanov rayonda “at oynadır”. Saxta sənədlər alan sakinlərin işlərini nazirliyə də göndərmişik. Bu xəstəxanaya baxış keçirilsə, aydın görünər ki, bura xəstəxanadan çox, rüşvət yuvasıdır”.
Şikayətçilərin redaksiyamıza göndərdiyi fotoları və video müraciəti olduğu kimi oxuculara təqdim edirik:
İddia olunanlarla bağlı Xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...