“OBA”da alınan yulafdan həşəratlar çıxdı - VİDEOFAKT
- 12-05-2023, 10:04
- 284
Xalqxeber.az bildirir ki, bu barədə Pravda.az-a göndərilən şikayətdə bildirilib ki, istehsalçısı “ELHAY” MMC olan yulafın içindən canlı həşəratlar çıxıb.
İstifadə müddəti 2 avqust 2022-ci ildə bitsə də, OBA marketin sözügedən filialında həmin məhsul hələ də satışdadır.
Məsələ ilə bağlı OBA marketlər şəbəkəsinə sorğu göndərsək də, mövqe bildirilməyib.
Vətəndaşları təhlükəli hallarla üzləşməmək üçün marketdə ərzaq almazdan öncə istifadə müddətinə baxmağı tövsiyə edirik!