Tovuzda başçıya söykənən ÖZBAŞINALIQ... - NƏZARƏTSİZ QALIBLAR...
- 9-05-2023, 09:49
- 524
Bu günlərdə yenidən Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, Tovuz şəhərinin Xətai küçəsində budama adı ilə çoxillik ağacların kütləvi qırımı həyata keçirilir. Təqdim olunan şəkillərdən də açıq məlum olur ki, işlərə rəhbərlik Zöhrab Əhmədovun şəxsən özü tərəfindən həyata keçirilir. Belə ki, mayın 4-də səhər saat 11:00 — 13:00 radələrində Tovuz şəhər Xətai küçəsində, Tovuz Rayon Mərkəzi Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Zöhrab Əhmədov rəhbərliyi altında ağacların kütləvi qırımı aparılmışdır. Küçə sakunləri buna etiraz edərkən isə Zöhrab Əhmədov bildirib ki, bu, icra başçısının tapşırığıdır, heç kim mane ola bilməz.
Xətai küçəsində yaşayan sakinlərin sözlərinə görə, edilən bütün narazılığa baxmayaraq, Zöhrab müəllim çoxillik ağacların kəsilməsinə və dərhal ərazidən daşınmasına göstəriş verib.
Məsələ ilə bağlı araşdırmamız davam edir
Deryaz.az