“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Cəlilabadda təqdimatını keçirdi
- 13-04-2023, 23:27
- 319
Layihənin müddəti 4 ay olmaqla, 21 dekabr 2022-ci il – 21 aprel 2023-ci il tarixləri əhatə edir. Layihənin rəhbəri Büllur Məmmədovadır. Layihə çərçivəsində hazırlanmış “Biz həyatı seçirik” videoçarxı Cəlilabad rayonundan olan gənclər tərəfindən diqqətlə izlənib, böyük marağa səbəb olub. Təşkil olunan konfransda çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat şöbəsinin, Cəlilabad Rayon Polis Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cəlilabad bölgəsi üzrə şöbəsinin və Cəlilabad rayonu 9 saylı tam orta məktəbin nümayəndələri ölkəmizdə narkomaniyanın yayılması ilə bağlı son statistik göstəriciləri, bu bəlanın yayılma səbəbləri, dövlət orqanlarının bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirləri, həmçinin narkomaniya problem ilə əlaqədar problemlərin mənəvi aspektləri barədə danışıblar. Sonda tədbir gəncləri maraqlandıran suallara cavabların verilməsi ilə davam edib.