Polis polkovnik-leytenantı şöbə rəisi təyin edildi
- 25-04-2023, 10:44
- 672
“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Samir Ələkbərov İdarədə Təhqiqat şöbəsinin rəisi vəzifəsinə gətirilib.
Qeyd edək ki, o, bundan əvvəl Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi olub.