Lənkəranda yerləşən qəzalı bağça qorxunc vəziyyətdədir - VİDEO

Gündəm / Bölgə

Lənkəran rayonu Cil kənd körpələr evi-uşaq bağçası bərbad vəziyyətdədir.

Belə ki, buranın damı damır, pəncərələri qırıq-qırıqdır və istilik sistemi yoxdur.

Bağçanın binası 1959-cu ildə tikilərək istifadəyə verilib və iki korpusdan ibarət olub. Vaxtı ilə burada 75 uşaq tərbiyə alıb. Hazırda isə bina qəzalı vəziyyətdə olduğundan, bir korpus tamamilə bağlanıb.

Baku TV-nin sözügedən bağçadan hazırladığı süjeti təqdim edirik: