“Kontakt home”, “İrşad Electronics”də məhsullar niyə bahadır? - Ekspert danışır
- 12-04-2023, 08:53
- 408
Xalqxeber.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.
“Bu mağazalarda olan mal digərlərində yoxdursa, belə halda da qiyməti müqayisə etmək olmur. Başqa bir səbəb də mümkündür. Ola bilər, “Kontakt home”, “İrşad Electronics” və bu kimi mağazaların zəmanəti daha etibarlıdır. Bu da vacibdir. Bahalı avadanlıq, elektrotexniki məhsullar alan insan əmin olmaq istəyir ki, onu aldatmırlar. Bəlkə, aldığı istifadə olunmuş maldır? Belə hallara görə sözügedən mağazalara daha çox etibar edə bilərlər. Yəni səbəbləri dərindən araşdırmaq lazımdır”, - ekspert deyib.