AMEA-nın tenderini keçmiş şöbə müdiri uddu - Bəs necə olmalı idi ki...

Gündəm / Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Xalqxeber.az yeniavaz.com-a istinadla bildirir ki, tender müsabiqəsinin qalibi “Region Press” MMC (VÖEN – 2000827481) olub.

“Region Press” MMC Fizika İnstitutunun sifarişi əsasında Rusiyada nəşr olunan 8 adda elmi jurnalları satın alacaq. Satın alınacaq jurnallar üçün 12 min 143 manat 44 qəpik ödəniləcək.

Qeyd edək ki, “Region Press” MMC 07.09.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC Bakı şəhəri, Xətai rayonu, Neapol, ev 21, m. 44 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Dilanov Gündüz Həsrət oğludur.

Tenderlə bağlı diqqət çəkən məqam odur ki, müsabiqənin qalibi olan MMC-nin qanuni təmsilçisi Dilanov Gündüz Həsrət oğlu 2019-cu ilə kimi AMEA-da Mətbuat orqanları şöbəsinin müdiri olub.

Onu da bildirək ki, AMEA Fizika İnstitutunun ötən il keçirdiyi analoji tenderin də qalibi “Region Press” MMC olub. Keçən il Rusiyada nəşr olunan 9 adda elmi jurnallar üçün 14 min 984 manat 20 qəpik alıb.

Xatıraldaq ki, AMEA Fizika İnstitutunun satın almaq istədiyi elmi jurnalların Rusiyadakı satış (abunə) qiyməti tenderdə qeyd olunan qiymətdən aşağıdır.