Türkiyədə zəlzələ faciəsi: SUÇLULAR ARASINDA AZƏRBAYCANLI DA VAR? - Türkiyə polisi Şahin İbadovu axtarır?..
- 31-03-2023, 16:15
- 562
Redaksiyamıza daxil olan məlumata görə, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı həbs olunan şirkət rəhbərlərinin Azərbaycandakı nümayəndələri də istintaqa cəlb olunublar və barələrində axtarış elan olunub. Barəsində axtarış olunan şəxslərdən biri də Şahin İbadovdur.
Məlumatı əldə edən mənbə xəbər verir ki, bu haqda məlumat yerli media qurumlarında yer almışdır.
Məlumat üçün qeyd edək ki, Hataydakı zəlzələdə dağılan binalara görə, “Renaissance Residence”in podratçısı Mehmet Yaşar Coşkun həbs edilib. Və onun həbsi Azərbaycandakı şəriklərini, o cümlədən Şahin İbadovu ciddi narahat edib.
Belə ki, Şahin İbadov “Renaissance Residence”in Bakıda tikilən binalarında 29% paya şərik olub. Şahin İbadov eyni zamanda Türkiyədə Mehmet Yaşarla inşa edilən bəzi binalara şərik olub.
Qeyd edək ki, Şahin İbadov "Azəravtoyol" ASC-də sədrin müşaviri vəzifəsində işləyib və bir müddət öncə vəzifəsindən azad edilib. //gundelik-baku.org//