MM-in komitə sədri: “Qüsurlu uşaqlar”, “internat məktəbi” kimi sözlər artıq işlədilməyəcək”

Gündəm / Cəmiyyət

 
“Bu gün Azərbaycanda uşaqlar, ailələrlə bağlı güclü dövlət siyasəti var”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.

O bildirib ki, autizmli uşaqların cəmiyyət həyatında fəal iştirak etməsi vacibdir:

“Autizmli uşaqların gələcəyinə inanıram. “Qüsurlu uşaqlar”, “internat məktəbi” kimi sözlər artıq qanunvericiliyin köməyi ilə işlədilməyəcək. Biz həmişə dəstəyə ehtiyacı olan uşaqların yanındayıq. Onlara çox böyük diqqət var”.