Quba polisi xanımları "8 Mart" münasibətilə təbrik edib
- 8-03-2023, 16:20
- 871
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon ərazisjndə, xüsusilə mərkəzi yollarda sükan arxasında olan 10-a yaxın qadın sürücü saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan xanımları, azyaşlıları təbrik edərək onlara gül və müxtəlif hədiyyələr veriblər.
Tədbir zamanı parkda dincələ xanımlar da diqqətdən kənarda qalmayıblar. Polis əməkdaşları onları da bayram münasibətilə çiçək və müxtəlif hədiyyələrlə təbrik ediblər.