Dövlət Xidməti çay bazarında inhisarçılıqdan şübhələnir – Araşdırma başladı
- 7-03-2023, 14:40
- 438
Dövlət Xidməti “Sun Tea Çay Fabriki” MMC, “Sun Food” MMC, “Best-Tarım” QSC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC tərəfindən çay bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunub-olunmaması vəziyyəti üzrə araşdırma aparır.
Hazırda Dövlət Xidmətinin apardığı araşdırma “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü, 6- cı və 7-ci bəndlərinin, 10-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinin pozulması əlamətləri üzrədir. (Yeniavaz.com)