Üç yüz minlik tenderi udan “Fidan-TN” MMC hansı nazirin müavinindir?
- 2-03-2023, 14:11
- 859
AzToday.az Qaynarinfo-ya istinadla xəbər verir ki, müsabiqənin qalibi “Fidan-TN” MMC olub. Şirkətlə bağlancaq müqavilənin maliyyə dəyəri 298.998, 9 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Fidan-TN” MMC 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur. “Fidan-TN” MMC 17 ildir fəaliyyət göstərməsinə baxmayaraq nə əlaqə telefonları, nə də internet səhifəsi var.
Araşdırmalarımız zamanı isə aydın olub ki, “Fidan-TN” MMC əsasən Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin keçirdiyi tenderlərin qalibi olur.
Mediada bu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə çoxsaylı faktlar yer alıb. Şirkətin nizamnamə kapitalının 4 AZN olması da onun ciddiyyətini şübhə altına alır. Nizamnamə kapitalı cüzi məbləğ təşkil edən şirkətlər adətən tender və “obnoliçka” əməliyyatlarında istifadə üçün yaradılır.
Sonda qeyd edək ki, Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumudur.