Baydenin səfəri qədər qalstuku da gündəm oldu - Fotolar

Gündəm / Dünya



ABŞ Prezidenti Co Bayden bu gün Kiyevə səfər edib və Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb. O, bir qədər əvvəl Kiyevi tərk edib. 

Baydenin gözlənilməz səfəri qədər istifadə etdiyi aksesuar da diqqət çəkib.

Belə ki, ABŞ lideri Kiyevə Ukrayna bayrağının rənglərini əks etdirən qalstuk ilə gəlib. Bu detal sosial şəbəkələrdə maraqla qarşılanıb.