Rusiyanın Ukraynadakı müharibədə son itkiləri AÇIQLANDI

Gündəm / Dünya

 
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 142 860 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 310 tank, 6 545 zirehli maşın, 2 327 artilleriya sistemi, 469 reaktiv yaylım atəşi sistemi, 243 hava hücumundan müdafiə sistemi, 298 təyyarə, 287 helikopter, 2 016 PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 5 196 avtomobil texnikası və avtosistern, 224 xüsusi texnikadan ibarətdir.