Şikayətçi 25 ildir xəstə olan anasının pensiya ala bilməməsindən gileylənir - "Çox ağır vəziyyətlərə düşür..."
- 16-02-2023, 17:51
- 373
“Anam 25 ildir xəstədir. Çox ağır vəziyyətlərə düşür. İllərdir müalicə etdiririk. Dəfələrlə Lənkəran Psixiatriya xəstəxanasında yatıb. Biz pensiya üçün bir dəfə 2015-ci ildə müraciət etdik. İmtina verildi, səbəb yenidən yatmasının vacib olması idi. 2020-2021-ci illərdə anamı xəstəxanada yatırdıq. Bu dəfə də imtina gəldi, səbəb də dərmanlarının qeydə alınmaması oldu... Dərmanları qeydə alıb 2023-cü ilin yanvar ayında təkrar müraciət etdik. Ancaq bir aydır ki, heç bir cavab ala bilməmişik. Bilmirik problemimizlə bağlı hara müraciət edək”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-yə vətəndaşın əyani müayinəyə gəlməsinin vacib olduğunu və bu haqda özlərinə məlumat verildiyini bildirdi.
X. Heydərova yaxın günlərdə anasını əyani müayinəyə aparacaqlarını deyir.
Toplum TV