"Dəfələrlə Kərəm Mustafayevin qəbulunda olsaq da..." - MÜRACİƏT
- 16-02-2023, 12:07
- 284
“Mən, Babək rayon Cəhri Qəsəbə sakini Əliyev Rəşad Qulamalı oğlu, sizlərdən xahiş edirəm ki, mənim bu şikayətimi işıqlandırasınız.
Atam 1960-ci il təvəllüdlü Əliyev Qulamalı Müzəffər oğlu N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi çavuş vəzifəsində işləyərkən, 21.10.2006-cı ildə Ordubad rayonu “Böyük soyuq” deyilən döyüş bölgəsinə silah-sursat daşımaq üçün “Kamaz” markalı avtomobillə ezam olunmuşdur. Döyüş tapşırığını yerinə yetirərkən “Kamaz” markalı 96-72-AO nömrə nişanlı avtomobillə qəza törədərək, döş qəfəsinin əzilməsi nəticəsində hadisə yerində həlak olmusdur.
O gündən bu günə qədər biz atamızın haqqını ala bilmirik. Dəfələrlə korpus komandiri general-leytenant Kərəm Mustaveyin qəbulunda olsaq da, hələ də atama şəhidlik status ala bilmirik. Hər dəfə bizi başqa-başqa qurumlara yönləndirir və hərbçi ilə əlaqəsi olmayan qurumlara göndərirlər. Pulumuz və adamımız olmadığı üçün atama şəhidlik statusu verilmir”. //Hurriyyet.az//