Laçın-Xankəndi yolundan sülhməramlıların avtomobilləri maneəsiz keçib

Gündəm / Cəmiyyət

 
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 4 yük və 1 minik avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.