Masallıda qalmaqallı posta NÖVBƏTİ TƏYİNAT - Əvvəlkilər həbs olunub...
- 10-02-2023, 12:58
- 289
İlqar Məmmədov kimdir?
DİA.AZ Cenub.az-a istinadla bildirir ki, o, 1971-ci ildə, noyabr ayının 26-da Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur. 1989-cu ildə Masallı rayonu 2№-li şəhər orta məktəbini bitirmişdir. 1989-cu ilin dekabr ayından 1991-ci ilin noyabr ayına kimi Ukrayna SSR-nin ərazisində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 1992-ci ilin noyabr ayına kimi “Azərbaycan Kurortlararası Təmir-Tikinti” idarəsində fəhlə işləmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub, 1998-cı ildə həmin universiteti bitirmişdir. 1998-ci ilin avqust ayından 1999-ci ilin iyul ayına kimi anesteziologiya və reanimatologiya ixtisası üzrə internatura keçmişdir. 2007-ci ildən 2012-ci ilə kimi Azərbaycan Tibb Universiteti Elmi Tədqiqat Mərkəzinin dissertantı olmuşdur. 2012-ci ildə “Qaraciyərdə və öd yollarında cərrahi əməliyyatlar zamanı anesteziya metodlarının optimallaşdırılması” mövzusunda dissertasiyanı müdafiə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2011-ci ildən Masallı Rayon Mərkəzi Xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsinin müdiridir. İşlədiyi illər ərzində Azərbaycan Respublikasının və Türkiyə Respublikasının müxtəlif klinikalarında ixtisasartırma kurslarında olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim anestezioloq-reanimatoloq kimi fəal iştirak etmişdir.