Tahir Kərimli: “Vallah, bu AZAL-a tək zəlzələ yox, heç nə təsir edən deyil, ağzımızı yormaq mənasızdır...”
- 8-02-2023, 17:09
- 455
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
T.Kərimli bildirib ki, bir neçə dəfə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla əlaqə saxlayıb: “Artıq bilirisiniz ki, bacımın övladı da qardaş ölkədə ailəsi ilə yaşayır. Hazırda Kahramanmaraşdan sakinlərlə birgə onlar da çıxarılıblar. Əziyyət çəkirdilər. Azərbaycandan bir nəfər həlak olan var. Tələbələrimizi də yığırlar. Gəlmək istəyənləri avtobusla gətirirlər. Hazırda Türkiyədəki səfirimiz çox intensiv işləyir. Bir neçə qrup ayırıb, ayrı-ayrı şəhərlərdə azərbaycanlılarla təmasa girir, onları təxliyə edir, Vətənə yola salırlar. Səfirliyimizin işindən razıyam. Çünki mütəmadi əlaqələrim var. Gün ərzində neçə dəfə danışırıq…”