MİDA-da ard-arda YOXLAMALARA başlanıldı - Fəaliyyəti təftiş edilir
- 3-02-2023, 09:50
- 400
Xalqxeber.az bildirir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, bir müddət öncə Maliyyə Nazirliyi MİDA-da audit yoxlamaları keçirib. Yoxlamanın nəticəsində bir sıra nöqsanlar aşkar edilib.
Bu səbəbdən də Hesablama Palatası da MİDA-da yoxlama aparacaq. Palata qurumun büdcə vəsaitlərinin necə xərclənməsini araşdıracaq.
Qeyd edək ki, MİDA-nın tender layihələrinin icrasını həyata keçirən qalib şirkətlərin agentlik rəhbərinə yaxın şəxslərə aid olduğu da bildirilir.