SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ombudsman təcridxanada Bəxtiyar Hacıyevə baş çəkdi

Ombudsman təcridxanada Bəxtiyar Hacıyevə baş çəkdi

Tarix:

2-02-2023, 10:08

/ 336 dəfə oxundu.
Ombudsman təcridxanada Bəxtiyar Hacıyevə baş çəkdi

 
Ombudsman Səbinə Əliyeva həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib.

Bu barədə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bəxtiyar Hacıyevin anası və onunla bağlı müraciət edən digər şəxslər Ombudsman Aparatında qəbul olunub. Eyni zamanda Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ombudsman Səbinə Əliyeva tərəfindən qəbul olunaraq müraciəti dinlənilib.

Qeyd edək ki, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunan B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun həbsinə etiraz olaraq aclıq aksiyası etdiyini bildirir.

İddialara görə, B.Hacıyev jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulub.

Şərhlər

XƏBƏR LENTİ