Səfirliyə silahlı hücumdan sonra Tehranın polis rəisi işdən çıxarıldı

Gündəm / Dünya



Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra Tehran polisinin rəisi Hüseyn Rəhimi vəzifəsindən uzaqlaşdırılıb. 

Bu barədə İranın Tasnim xəbər agentliyi məlumat verib. 

O, SEPAH-ın polis komandiri Əhməd Rza Radan tərəfindən vəzifəsindən azad edilib.

Əlborz polis rəisi Abbas Əli Muhammediyan Tehran Polis İdarəsinə, Rəhimi isə İqtisadi Təhlükəsizlik Polisinin rəisi təyin edilib.