Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Türkiyə səfiri ilə görüşdü

Gündəm / Cəmiyyət

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Türkiyənin NATO-dakı səfiri ilə görüşüb.

Bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında bildirib.

"Bu gün Türkiyənin NATO-da yeni təyin olunmuş daimi nümayəndəsi səfir Levent Gümrükçü ilə görüşməkdən böyük məmnunluq duydum.

Onunla NATO-Azərbaycan tərəfdaşlığı və regionumuzdakı vəziyyət haqqında çox faydalı müzakirə apardıq", - Cəfər Hüseynzadə bildirib.