Suriyada yaşayış binası uçdu: ölənlər var

Gündəm / Dünya

 
Suriyanın Hələb şəhərində beşmərtəbəli yaşayış binası çöküb.

Bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, Şeyx Maqsud rayonunda yerləşən yaşayış binasının çökməsi nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında 1 azyaşlı da var.

Bildirilib ki, binada 30 nəfər yaşayırmış.

Xilasedicilər sağ qalanları dağıntılar altından çıxarmağa çalışırlar.