Fəzail Ağamalının qızından prokurorluğa şikayət ediləcək – Buta bağçası ilə bağlı qalmaqal səngimir
- 13-01-2023, 12:51
- 396
Əvvəla, Firəngiz İsmayılovanın 4 yaşı var. Ona nəzarət olunmalıdır. 4 yaşlı uşağı başlı-başına buraxıb, sonra da ehtiyatsızlıq etməkdə günahlandırmaq başadüşülən deyil. Hər halda bu yaşda olan uşaqların ehtiyatlı olub-olmamaq barədə bəlkə də ibtidai təsəvvürü belə, yoxdur.
İkincisi, uşağın yıxılmasını əks etdirən videodan da görünür ki, o nəzarətsiz buraxılıb. Bağçanın əməkdaşı faktiki olaraq məsuliyyətsizlik edib. Həmçinin qızcığaza ilkin tibbi yardım göstərilməyib.
Firəngiz İsmayılovanın anası Mehriban Fərruxlu isə hesab edir ki, bu məsələdə Fəzail Ağamalının deputat mandatı daşıması ilə əlaqədar ola bilər. Yəni, vətəndaşda AVP sədrinin deputat səlahiyyətlərindən və nüfuzundan istifadə edərək məsələni ört-basdır etmək istənəsi barədə qənaət formalaşıb. Ona görə də Mehriban Fərruxlu prokurorluğa müraciət edərək hadisənin obyektiv araşdırılmasına nail olmaqda israrlıdır.
Günay Ağamalının rəhbərlik etdiyi bağça ilə bağlı bundan əvvəl də oxşar hallar yaşanıb. Bir müddət əvvəl isə Türkiyə vətəndaşı Abdurrahman Kumaşın 7 yaşlı daun sindromlu övladının “Buta”da xəsarət alması ilə bağlı məlumat yayılmışdı. Bu məsələnin də ört-basdır edildiyi barədə iddialar var.
Reportyor.info