"Rusiya və Ukrayna arasında danışıqlar birbaşa olacaq"
- 13-01-2023, 09:49
- 471
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib.
Polişçuk Moskvanın gələcəkdə mümkün danışıqların birbaşa Kiyevlə aparılmasına hazır olub-olmadığı sualına cavab verərkən deyib ki, əgər ölkələr arasında təmaslar nə vaxtsa bərpa olunarsa, o zaman danışıqlar çox güman ki, birbaşa olacaq.
Onun sözlərinə görə, vasitəçilər danışıqlarda iştirak edəndə öz maraqlarından çıxış edərək, danışıqların gedişinə təsir göstərirlər.