“Balta” ləqəbli İsgəndər SOCAR-ı necə “baltalayır”?
- 10-01-2023, 13:30
- 685
AzToday.az-a daxil olan məlumatlara görə, İsgəndər Şirəliyə SOCAR-da himayədarlıq edən şəxs qurumun İqtisadi Məsələlər Üzrə Vitse Prezidetni Süleyman Qasımovdur. Bu hər iki məmurun şərikli biznesi olduğuna görə, SOCAR-da baş verən korrupsiya əməliyyatlarında bir-birilərinə dəstək göstərirlər. Məsələn SOCAR-ın tabeçiliyində olan idarələrin yeməklə təmin edilməsi İsgəndər Şirəlinin qızı Nilufər Qarayevaya tapşırılıb. Burda ay ərzində milyonlarla vəsaitin mənimsənilməsi isə gün kimi aydındır. Bundan başqa İsgəndər Şirəli rəbərlik etdiyi Sənaye Təhlükəsizlik İdarəsinə özünün qohum-əqrabalarını toplamaqla özünə SOCAR-da əməlli başlı komanda formalaşdırıb. Hətta vəziyyət o həddə çatıb ki, İsgəndər Şirəli qurumun prezidenti Rövşən Nəcəfi belə saymır. Ölkə başçısı tərəfindən Rövnəq Abdullayevin yerinə təyinat almış Rövşən Nəcəf isə İsgəndər Şirəlinin səyləri nəticəsində SOCAR-da lağ obyektinə çevrilib. Bir sözlə uzun illərdi SOCAR-da müxtəlif vəzifələrdə çalışmış və “Balta” ləqəbi qazanmış İsgəndər Şirəli qurumu əməlli başlı “baltalayır”. Ümid edək ki, SOCAR nə qədər ki, kökündən “baltalanmayıb” İsgəndər Şirəlinin korrupsiya əməlləri ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə və eləcə də Baş Prokurorluq maraqlı olacaq.
İsgəndər Şirəlinin Avropa dövlətlərindəki sərvəti və eləcə də korrupsiya yolu ilə əldə edilmiş milyonlarla vəsaiti ofşor zonalarda yerləşdirdiyi də yayılan məlumatlar sırasındadır…
AzToday.az