Əhməd Vəliyevin oğlu ilə arası dəydi - İDDİA

Gündəm / Cəmiyyət

Sabiq deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğlu Munir Vəliyevlə arası dəyib.

Xalqxeber.az-ın bilgisinə görə, 32gun.az-a Vəliyevlər ailəsinə yaxın mənbədən verilən məlumatda iddia edilir ki, Ə.Vəliyev sahini olduğu "Oksigen" Klinik xəstəxanasına oğlunun gəlməsini qadağan edib.

Hazırda Odlar Yurdu Universitetində I Prorektor olan M.Vəliyevin ali təhsil ocağına da getmədiyi iddia edilib.

Ata-oğul arasında münasibətlərin korlanmasının səbəbi hələlik bizə məlum deyil.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.