Moskvanın hava limanlarında uçuşlar ləğv edildi
- 31-12-2022, 15:00
- 513
Xalqxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təkcə Domodedovoda 18 reys gecikib, bir uçuş ləğv edilib, Şeremetyevoda isə 53 reys gecikib, Vnukovoda dörd reys ləğv edilib, 15-i gecikib.
Qeyd olunur ki, hazırda Moskvanın hava limanlarında uçuş-enmə zolaqları qardan təmizlənir, təyyarələri soyuq havadan qorumaq üçün lazımi tədbirlər həyata keçirilir.