Laçın yolunda son vəziyyət - Aksiya davam edir

Gündəm / Cəmiyyət



Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya izdihamla davam edir.

Ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən başlayan etiraz aksiyasına bu gün müxtəlif bölgələrdən çoxlu sayda könüllü təşkilatları qoşulub.

Xankəndi-Şuşa yolunda təşkil olunan aksiyanın iştirakçıları ekoloji terrora etiraz olaraq müxtəlif şüarlar səsləndirirlər.