İcraçı direktor: “Həkimlərin maaşı 1000 manatdan yuxarıdır“

Gündəm / Aktual

 
"Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan həkimlərin orta aylıq əməkhaqqı 1000 manatdan yuxarıdır".

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, stomotoloqlar istisna olmaqla, TƏBİB tabeliyindəki ixtisaslı həkimlərin əməkhaqqına əlavələr şamil olunur.

V.Qurbanov bildirib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 125 nəfərdir. Onların 16 min 381 nəfəri həkim, 38 min 949 orta tibb işçisi, 22 min 608 kiçik tibb işçisidir: "2022-ci ildə 12 min 440 işçi işə qəbul olunub"."Report"