Zakir Həsənov həmsədrlərlə görüşdü
- 19-06-2017, 15:19
- 58 412
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 19-da Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Riçard Hoqland (ABŞ), Stefani Viskonti (Fransa Respublikası) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttindəki əməliyyat şəraiti müzakirə olunub.