"Xan"ın qudasının yaxın qohumu Naxçıvanın necə baş diplomatı oldu?
- 4-12-2022, 10:43
- 584
Vasif "xan"ın ən böyük kəşfi odur ki, yüngül atletikanın yuxarıya hoppanmaq növünün qaydalarını siyasi idarəetməyə gətirib. Onun bütün əyan-əşrəfi, generalları hoppana-hoppana indiki mövqelərinə yüksəliblər. Qibleyi-aləmin baş diplomatı Vüsal Ələkbərov da yuxarıya hoppanmaq atletikasının rekordmenlərindəndir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əslində Prezidentin Sərəncamı ilə yaradılıb.
Gözünün Prezident olmaq qurdu ölməyən "xan"ın göstərişi ilə isə binanın üzərindən Azərbaycan Respublikası sözləri çıxarılıb.
Bu İdarəyə "xan"ın keçmiş qudası, Naxçıvanın sabiq DİN rəhbəri Fazil Ələkbərovun yaxın qohumu Vüsal Ələkbərov rəhbərlik edir.
Vüsal Ələkbərli də digər əyan-əşrəfi kimi qeyri-adi hoppanmaq bacarığına malikdir. Fazil Ələkbərovun bir başa dəstəyi ilə 3 ilə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi, yəni Naxçıvanın baş diplomatı olub.
Heydər Oğuz