Azərbaycanda BU HOTELDƏ əxlaqsızlıq yuvası AŞKARLANDI
- 3-12-2022, 18:41
- 469
Xalqxeber.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərində yerləşən "Təbriz" hotelinin 1-ci mərtəbəsində yerləşən otaqda əxlaqsız yuva kimi təşkil olunaraq saxlanılması müəyyən edilib.
Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama, Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb.