Paytaxtda ana azyaşlı uşağı ilə birlikdə itkin düşdü
- 21-11-2022, 10:02
- 432
“Report” xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü İbrahimova Yeganə Kərəm qızı 6 yaşlı oğlu Abbasov Ayxan Orxan oğlunu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb.
İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.