“Zəfər tarixi”ni çap edən şirkətin 1 milyona yaxın vergi borcu var - İLGİNC FAKT
- 12-11-2022, 15:42
- 530
Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, Elm və Təhsil Nazirliyi “Ümumi təhsil müəssisələrinin 9-cu sinifləri üçün "Zəfər tarixi" dərs vəsaitinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması”na dair tender keçirib.
Tender Komissiyasının qərarına əsasən qalib “Çaşıoğlu Elm-İstehsalat” MMC olub və həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
Məlumat üçün bildirək ki, 3 min 980 manat nizamnamə kapitalı olan “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur. Şirkət 26 sentyabr 1995-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin ötən günə olan tarixə görə 939 min 398 manat 39 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.