Azərbaycan ordusu 23 min nəfərlə təlimlərə başlayır - RAKETLƏR, TANKLAR, QIRICILAR...
- 16-06-2017, 10:45
- 111 375
Müdafiə Nazirliyinə istinadən xəbər veririk ki, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.
Təlimlər iyunun 24-dək davam edəcək.