"İcra başçısı xəbərim olmadan adıma 20-ə yaxın kart açdırıb" - Saatlıda ŞOK ÖZBAŞINALIQ
- 29-10-2022, 11:16
- 639
Kapital bank İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Sədrəddinov Toplum TV-yə açıqlamasında bildirib ki, vətəndaşın xəbəri olmadan onun adına kart açdırmaq mümkün deyil.
Cavanşir Abbasov isə deyir ki, Saatlı rayonunun Kapital Bankına kartları bağlamaq üçün müraciət edib. Amma Kapital Bankdan ona bildirilib ki, Saatlı rayonunun Dövlət Sosial Müdafiə Fondundan arayış almalıdır.
DSMF-dən bildirilib ki, vətəndaş şəxsiyyət vəsiqəsi ilə Kapital Banka müraciət edib, kartları bağlatdıra bilər.
Cavanşir Abbasov Saatlı rayonunun keçmiş icra başçısı Siraqəttin Cabbarovdan gileylənir. Deyir, keçmiş icra başçısı məhkəmədə iddia qaldırıb, ondan 30 000 manat təzminat tələb edir.
İddia ilə bağlı Saatlı rayonunun keçmiş icra başçısı ilə dəfələrlə əlaqə saxlamağa cəhd göstərsək də, mümkün olmayıb. //Toplum TV//