Yasamalda divar aşdı: Usta öldü

Gündəm / Hadisə

 
Yasamalda kərpiclə hörülmüş divar ustanın üzərinə aşıb və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xalqxeber.az Report-a istinadla xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Xəqani Əliyev Əli oğlu usta kimi işlədiyi mənzilin hamam otağında söküntü işləri apararkən kərpiclə hörülmüş divar üzərinə aşıb və nəticədə ölüb

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.