Əli Əsədov Bakıda nəqliyyat sahəsinin vəziyyətinə dair müşavirə keçirdi - FOTO

Gündəm / Siyasət

 
Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində mövcud vəziyyətə, problemlərin və qarşıda duran vəzifələrin həllinə həsr olunan işçi müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən xəbərə görə, müşavirədə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində mövcud problemlər geniş müzakirə olunub, qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.